10 avqust 2011 11:33
Və Arda Turan rəsmən Atleticoda
Arda Turanın "Atletico"ya keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, "Galatasaray" kapitanının İspaniya klubuna keçidi ilə bağlı növbəti açıqlamanı yayıb.
Klubun rəsmi saytında yerləşdirilən "Gülə-gülə Arda Turan" başlıqlı yazıda kapitanın "Galatasaray" karyerası haqqında bəhs olunur, 22 yaşlı futbolçuya 11 illik xidmətlərinə görə təşəkkür edilir.
"Galatasaray" rəsmi saytı ilə "Atletico" ilə müqavilənin şərtləri barədə də açıqlama verib. Açıqlamada bildirilir ki, İspaniya klubu "Galatasaray"a 12 milyon avro transfer haqqı, 1 milyon avro isə bonus verəcək. Həmçinin Arda başqa bir türk klubuna satılacağı halda da "Galatasaray"a pul ödənəcək.
İspaniya təmsilçisi də Ardanı heyətinə qatdığını rəsmən təsdiqləyib.
