10 avqust 2011 11:40
“Futbolçular lazımi anda düzgün qərar verə bilmirlər”
İsveçrədə təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yerli “Vaud” klubu ilə keçirdiyi yoldaşlıq oyununda 1:2 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Sisi Rayt oyun haqqında fikirlərini bildirib:
“Fərdi oyun keyfiyyətlərinə görə rəqibə uduzduq. Futbolçular lazım olan anda düzgün qərar verə bilmirdilər. Ani təzyiq qarşısında özlərini itirməklə rəqibə bir növ kömək etmiş oldular”. (AFFA)
