10 avqust 2011 12:38
“Azərbaycanla oyun öncəsi eksperimentlərə əl atmaq istəmirəm”
Belçika yığmasının baş məşqçisi Jorj Leekens Sloveniya ilə bu gün keçirəcəkləri yoxlama matçında xüsusi rotasiyaya əl atmaq fikrində olmadığını dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunu belə əsaslandırıb:
“Mən Azərbaycanla seçmə mərhələ oyunu öncəsi çox eksperimentlərə əl atmaq istəmirəm. Sloveniya ilə qarşılaşma yoxlama matçı xarakteri daşısa da, mən yetirmələrimdən qələbə gözləyirəm. Bu, çox vacibdi. Azərbaycanla oyundan sonra isə bizim ABŞ-la yoldaşlıq görüşümüz var və belə planlarımızı həmin oyunda həyata keçirə bilərik”.

Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığması sentyabrın 2-də Bakıda Azərbaycanla qarşılaşacaq.