10 avqust 2011 12:52
2-ci turun proqramı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 2-ci turunun oyunlarının keçirilmə yeri və vaxtı məlum olub. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Əvəzedicilərin çempionatına yenə ənənəvi olaraq cümə günü start veriləcək. Lakin ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutacaq. "Turan"- "Kəpəz" oyunu istisna olmaqla qalan bütün qarşılaşmalar şənbə günü keçiriləcək.
Hesabat turunun proqramı isə aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
2-ci tur
12 avqust (cümə)
"Turan"- "Kəpəz"
Tovuz, Qaraxanlı qəsəbə stadionu. Saat 18:00
13 avqust (şənbə)
"Bakı" - "Simurq"
"Bakı" FK-nın təlim-məşq bazası. Saat 18:00
"Qarabağ" - "İnter"
Bakı. "Şəfa" stadionu. Saat 15:30
"Rəvan"- "Neftçi"
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 18:00
"Sumqayıt Şəhər" - "Qəbələ"
Bakı. "Dalğa Arena" stadionu, ehtiyyat meydança. Saat 18:00
AZAL - "Xəzər Lənkəran"
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 17:00
