11 avqust 2011 13:38

Elnur Allahverdiyev: Qonaqların özlərini belə aparması mənə xoş deyil

Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində dünənki Makedoniya ilə yoldaşlıq matçından (0:1) danışıb.
 
- Məncə, biz bu görüşdə çox yaxşı oynadıq. Rəqib heç ciddi qol vəziyyətləri yarada bilmirdi. Vurduqları qolu da adi vəziyyətdə, bizim səhvimizdən vurdular. Həmin epizodu qol vəziyyəti adlandırmaq istəmirsən. Biz sadəcə bu qolu rəqibə hədiyyə etdik.
 
- Sizə elə gəlmir ki, Azərbaycan yığması artıq məğlubiyyətlərə alışıb?
- Nə etmək olar? Səhvlərdən heç kim sığortalanmayıb. Səhv edirik, cəzasını da çəkirik. Bu qarşılaşmada biz qələbə qazanmalıydıq. Bunun üçün qol vəziyyətlərimiz də kifayət qədər oldu. Sən vurmayanda da futbolun köhnə qaydası işə düşür – sənə vururlar.
 
- Birinci hissədə daha yaxşı oynayıb, fasilədən sonra zəif oynamağın səbəb nədədi?
- Həqiqətən birinci hissədə çox yaxşı oynadıq. Oyunumuzdun tempi də yüksək idi. Deməzdim ki, fasilədən sonra komanda pis çıxış etməyə başladı. Əgər birinci hissədəki tempi saxlaya bilsəydik, qələbəni məhz biz bayram edəcəkdik. Fikrimcə, oyunun nəticəsi meydanda cərəyan edənləri əks etdirmir.
 
- İki komandanın üzvləri arasındakı mübahisəyə nə səbəb oldu?
- Makedoniyalı futbolçu komanda yoldaşımıza qarşı düzgün hərəkət etmədi. Artıq-əskik sözlər işlətdi. Qonaqların özlərini belə aparması mənə xoş deyil. Bundan bərk hirsləndim və onun dərsini vermək istədim.
 
- Qarşıdan gələn Belçika və Qazaxıstanla oyunlarda nəyə ümid edə bilərik?
- Fikrimcə, həmin komandalarla oyunlarda nəticə qazana biləcəyik. Mən buna əminəm.
 
- Lənkəranda qazaxlarla oyundan sonra da deyə bilərsiz ki, rəqibdən daha yaxşı oynasaz da, nəticə ədalətli deyil...
- Xeyr. Ümid edirəm ki, belə olmayacaq. Öz meydanımızda Qazaxıstana uduzmaq istəmirik. Hər halda səhvlərimiz üzərində işləyirik. Bu görüşdə yol verdiyimiz səhvləri Belçika və Qazaxıstanla görüşdə təkrarlamamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.