11 avqust 2011 14:40
Simurqda rusiyalı yarımmüdafiəçi (FOTO)
“Simurq” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu rusiyalı yarımmüdafiəçi alıb.
Bu, son mövsümü “Kuzbass”da keçirən Vasili Yanatovskidi. Onun komandası Rusiya çempionatının ikinci divizionunda mübarizə aparır.
Yanatovski “Simurq”un baş məşqçisi Sergey Yuranın istəyi ilə alınıb. Rusiya mətbuatının iddiasına görə, artıq sözügedən yarımmüdafiəçi ilə rəsmi müqavilə də imzalanıb.
Sonda onu da qeyd edək ki, 1976-cı ildə anadan olan Yanatovski kifayət qədər böyük təcrübəyə malikdi.
