11 avqust 2011 14:51
Nefçinin oyunu zərif cinsin nümayəndəsinə tapşırıldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 2-ci turunun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, 2-ci turun oyunları cümə və şənbə günləri keçiriləcək. İlk oyun günündə cəmi 1 qarşılaşma baş tutacaq. Qalan görüşlər isə şənbəyə təsadüf edəcək.
Bütövlükdə, bütün təyinatlarla aşağıda tanış ola bilərsiz.
Əvəzedicilərin çempionatı
2-ci tur
12 avqust (cümə)
"Turan" - "Kəpəz"
Hakimlər: Tahir Əhmədov, Şakir Quliyev, Hüseyn İmanov, Rəşad Əhmədov
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 18:00
13 avqust (şənbə)
"Bakı" - "Simurq"
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Vüsal Qənbərov, Elxan Müslümov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 18:00
"Qarabağ" - "İnter"
Hakimlər: Samir Hüseynov, Rəşad Abbasov, Nahid Əliyev, Sərxan İsmayılov
"Şəfa" stadionu. Saat 18:00
"Rəvan" - "Neftçi"
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Mariya Qasımova
"Şəfa" stadionu, IV meydança. Saat 18:00
"Sumqayıt Şəhər" - "Qəbələ"
Hakimlər: Venera Kahriç, Gülyana Güvəndiyeva, Yuliya Larinova, Rövşən Rəcəbov
"Dalğa Arena" stadionu, ehtiyat meydança. Saat 18:00
AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Hacıəli Ağayev, Ruslan Quliyev, Rauf Məmmədov, Qorxmaz Eldarov
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 17:00
