11 avqust 2011 02:57
Elvin Məmmədov qeyri-müəyyən müddətə sıradan çıxdı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədovun zədəsi ciddidi. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən Makedoniya ilə matçda zədələnib.
Görüşün əvvəlində dizindən zədə alan Elvin hətta bu üzdən oyuna da davam edə bilməmişdi. Hələlik, Elvinin zədəsinin nə dərəcədə ciddi olduğu tam dəqiqləşməyib. Amma böyük ehtimalla “Bakı”nın orta sahə oyunçusu həftəsonu Premyer Liqanın 2-ci turunun “Simurq”la oyununu buraxacaq.
