11 avqust 2011 03:06
Berti Foqts: Ufuk Budaq perspektivli futbolçudu
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Ufuk Budaqın çıxışına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, Almaniyanın “Freiburg” klubunun futbolçusunun yığmamızdakı debüt matçını belə dəyərləndirib:
“Məşqlərdə o, çox yaxşı təsir bağışlayırdı. Deyə bilmərəm ki, Ufuk bu gün pis oynadı. Amma ona hələ komandaya alışmaq üçün zaman lazımdı. Perspektivli futbolçudu”.
“Məşqlərdə o, çox yaxşı təsir bağışlayırdı. Deyə bilmərəm ki, Ufuk bu gün pis oynadı. Amma ona hələ komandaya alışmaq üçün zaman lazımdı. Perspektivli futbolçudu”.
Qeyd edək ki, Ufuk Budaq dünən keçirilən Makedoniya ilə matçın ikinci hissəsində meydana daxil olmuş və sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış etmişdi.
