11 avqust 2011 15:18

Azərbaycan idmançıları şahzadələr arasında

Avqustun 17-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, bu yarış 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
 
Ona görə də çempionatda xeyli ölkə təmsil olunacaq. Artıq 94 ölkə iştirakını təsdiqləyib. Onların arasında Azərbaycan da var. Kayak və kanoe üzrə milli komandamız tarixində ilk dəfə olimpiya lisenziyalı dünya çempionatında iştirak edəcək. Artıq ilk cəhddən yığmamız ən azı London olimpiadasına vəsiqə qazanmağa iddialıdır. Xüsusən, kanoe növündə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla mübarizə aparacaq idmançılarımızı qeyd etməliyik.
 
Dünya çempionatının startı öncəsi yarışın rəsmi saytı favoritlərin – şah və şahzadələrin adlarını açıqlayıb. Çempionatın şahzadələri kimi təqdim edilənlər arasında Azərbaycan təmsilçiləri də var. Bunlar ikiqat dünya və ikiqat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Valentin Demyanenko – Sergey Bezuqlıy duetidir.
 
Demyanenko 2009-cu ildə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə dünya çempionu olub. Bu il isə o, Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşlərdə 2 qızıl medala sahib olub. Artıq kanoeçimiz eyni məsafələrə yürüşlərdə dünya çempionluğuna iddialılar sırasında göstərilir. Demyanenko indiyədək əldə etdiyi çoxsaylı mükafatlarından birinə 2008-ci ildə məhz Seqeddə yiyələnib. İdmançımız həmin vaxt Dünya Kubokunun I mərhələsində 200 metr məsafəyə yürüşdə qızıl medal əldə edib. 200 metr məsafəyə yürüşün şahı qismində isə ötənilki dünya çempionu İvan Ştıl (Rusiya) göstərilib. Ştıl 2 nəfərlik qayıqla və 4 nəfərlik estafetlə eyni məsafəyə yürüşdə daha 4 dəfə dünya çempionu və dünya çempionatının gümüş mükafatçısı olub. 2007-ci ilin dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 500 metr məsafəyə yürüşün (olimpiya məsafəsi həmin vaxt 500 metr sayılırdı, Pekin olimpiadasından sonra 200 metr oldu) bürünc mükafatçısı Yuri Çeban (Ukrayna), dünya çempionatlarının üçqat bürünc mükafatçısı Riçard Dalton (Kanada) digər şahzadələrdəndirlər.  
 
Bezuqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) yürüşdə olimpiya məsafəsi sayılan 1000 metrin şahzadəsidir. Onlar ötənilki Avropa çempionatında qızıl medala sahib olublar. 2009-cu il dünya çempionatında gümüş medal qazanan azərbaycanlı cütlük builki Dünya Kubokunun I mərhələsində təkcə 1000 metrdə deyil, 500 metr məsafəyə yürüşdə də qızıl medala sahib çıxıb. Onlar 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıblar. Dünya Kubokunun III mərhələsində kanoeçi duetimiz 1000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Builki Avropa çempionatında Bezuqlıy – Prokopenko cütlüyü 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 1000 metr məsafəyə yürüşdə isə onlar 4-cü yeri tutsalar da, qızıl medala sahib çıxan Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) duetindən cəmi 1,176 saniyə geri qalıblar. Rusiyalı cütlük dünya çempionatında da şahzadələr sırasında göstərilir. Yürüşün şahı ötənilki dünya çempionatının ikiqat qalibi (1000 metr və 500 metr), builki Avropa çempionatında 500 metr məsafəyə yürüşün qalibi Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) duetidir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibləri, 2010-cu il dünya, 2011-ci il Avropa çempionatlarının gümüş mükafatçıları Andrey Boqdanoviç – Aleksey Boqdanoviç dueti isə şahzadələr arasında qeyd olunub.
 
Qeyd edək ki, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya çempionatında ilk “7-liy”ə düşməlidirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.