11 avqust 2011 15:33
Tuncay Şanlı yeniden Premyer Liqa klubuna qayıtdı
Türkiyə yığmasının hücumçusu Tuncay Şanlı karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, son mövsümü Almaniyanın “Wolfsburg” komandasında keçirən futbolçu “Bolton”la anlaşıb.
Tuncay bu haqda “twitter”dəki səhifəsində məlumat yaysa da, Bundesliqa klubu da onun Uonderersə yollandığını təsdiqləyib. “Bolton”un rəsmi açıqlaması isə hələlik yoxdu.
Qeyd edək ki, ötən mövsümün dövrələrarası fasiləsində Tuncay “Stoke City”dən ayrılaraq “Wolfsburg”a transfer olmuşdu. 2007-ci ildə ilk dəfə “Middlesbrough”ya transfer olan Şanlı 2009-cu ildən “Stoke City” klubuna keçmişdi.
