11 avqust 2011 17:08
XL Barcelonanın yetirməsi ilə müqavilə imzaladı
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu ispaniyalı futbolçu Mario Rosasla müqavilə imzalayıb.
31yaşlı yarımmüdafiəçi “Barcelona”nın yetirməsidi. Son mövsümü isə “Salamanca”da keçirib.
Qeyd edək ki, Rosasın gəlişi cənublu fanatlar üçün nə qədər sevindirici olsa da, Julius Vobayla bağlı qeyri-müəyyənlik narahatlıq doğurmaqdadı. Çünki onun komandanı tərk etməsi istisna olunmur. Vobayla Rusiya klubları yaxından maraqlanır.
