11 avqust 2011 17:32
Azərbaycan - Avstriya oyununun vaxtı və yeri müəyyənləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununun keçirilmə yeri və başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçiriləcək. Oktyabrın 7-də baş tutacaq görüşün start fiti saat 21:00-da veriləcək.
Qeyd edək ki, bu komandalar arasında Vyanada baş tutan ilk görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdılar.
