11 avqust 2011 18:01

AZAL bəyanat yaydı

AZAL rəhbərliyi bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bəzi mətbuatın orqanlarında son vaxtlar gedən qərəzli məlumatlara etiraz yer alır.
 
“Son vaxtlar ölkə idman mətbuatında AZAL Peşəkar futbol Klubu ilə bağlı səhv və qərəzli məlumat yayılmaqdadır. Ölkə çempionatının 1-ci turunun “Simurq” - AZAL oyunundan sonra klub prezidenti Vaqif Qasımovun komandadaxili problemlərdən danışarkən dediyi sözlərin təhrif olunaraq oxuculara çatdırılması bizdə hədsiz narazırlıq yaradıb. AZAL PFK-nın prezidenti V aqif Qasımov guya “Simurq”la oyunqabağı yaranmış problemlər haqda fikrini bildirərkən “gördüm ki, oyunçu yoxdur, Nuqzarı qoydum müdafiəyə” ifadəsini işlədib.
 
Halbuki Vaqif Qasımov bu fikirləri umumi mənada işlədib və məşqçilərin heyətlə bağlı problemlərlə üzləşdiyini, onların bəzi oyunçuların mövqeyində etdiyi məcburi dəyişiklikləri söyləyib. İş ondadır ki, həmin açıqlamını götürən müxbirin AZAL PFK-nın prezidenti Vaqif Qasımovun həqiqətən də həmin ifadəni işlətdiyinə dair heç bir sübutu da yoxdur. Klubumuzun mətbuat xidmətinin apardığı araşdırmada bunu təsdiq etdi. Bu səbəbdən məlumatın heç bir dəqiqləşdirmə aparılmadan bütün idman qəzet və saytlarında olduğu kimi dərc olunmasını, bəzi idman yazarlarının deyilməyən sözlərlə komandadaxili ab-havanı korlamağa çalışmasını və bunu rəhbər-məşqçi qarşıdırması kimi təqdim etmək istəməsini AZAL PFK-ya qarşı qərəzli mövqe hesab edirik.
 
Xüsusən mətbuatla ünsiyyətə həmişə açıq olan, jurnalistlərlə münasibətdə səmimi və obyektiv mövqe tutan Vaqif Qasımovun “məşqçinin işinə qarışan, heyət və taktika məsələlərinə müdaxilə edən” rəhbər kimi təqdim olunmasını qətiyyətlə pisləməklə yanaşı həmkarlarımızdan kluba və onun məşqçilərinə qarşı hörmət tələb edirik. Bildirik ki, Vaqif Qasımovun rəhbərlik etdiyi AZAL PFK məşqçilərin fəaliyyət sərbəstliyinə malik olması, peşəsindən irəli gələn hüquq və tələlərini həyata keçirməsi baxımından bəlkə də hamıya nümunədir. Mətbuata və jurnalistlərin peşə bacarıqlarına bir daha hörmətimizi bəyan etməklə bərabər, bir müxbirin diqqətsizliyi nəticəsində yol verdiyi xətanın düzəldilməsini xahiş edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.