11 avqust 2011 17:50
Türkiyə millimizi Türk Telekom Arenada qəbul edəcək
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İstanbul şəhərində keçiriləcək Türkiyə – Azərbaycan oyununun keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Ali Sami Yen Spor Kompleksi Türk Telekom Arenada keçiriləcək. Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu komandalar arasında Bakıda keçirilən ilk görüş 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı.
