11 avqust 2011 18:32
"Azərbaycan yığmasının oyununa şərh verməyim düzgün çıxmazdı"
"Neftçi"nin futbolçusu Slavço Georgiyevski dünən Makedoniya yığmasının heyətində Azərbaycan millisinə qarşı çıxış etdi. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan milli komandası ilə oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib.
"Maraqlı oyun keçdi. Azərbaycan yığmasından fərqli, milli komandamız qol şansından istifadə etdi. Azarkeşlərə minnətdaram ki, doğma komandalarını bu cür dəstəkləyirlər. Azərbaycan yığmasının oyununa şərh verməyim düzgün çıxmazdı. Makedoniya milli komandasına gəlincə, məncə, oyunumuz yaxşı alındı. Şəxsən mən razı qaldım" - deyə Georgiyevski vurğulayıb.
Qeyd edək ki, orta xətt oyunçusu 2003-cü ildən Makedoniya milli komandasının heyətində 21 oyunda meydana çıxıb.
