11 avqust 2011 20:28
Xəzər Lənkəran növbəti transferini təqdim etdi (FOTO)
“Xəzər Lənkəran” Futbol Klubu daha bir futboçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, cənub klubu 32 yaşlı portuqaliyalı futbolçu Antonio Paulo Sançes Semedo ilə münasibətlərini rəsmiləşdirib.
Təcrübəli futbolçu bu gün klubla bir il müddətinə müqavilə imzalayıb. Beləcə, xeyli müddətdi gözlənilən bu transfer rəsmi həllini tapıb.
Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən təcrübəli futbolçu karyerasının böyük hissəsini vətəninin “Estrela Amadora” klubunda keçirib. Semedo həmçinin bir neçə mövsüm Rumıniya çempionatında “ÇFR”, “Styaua” və “Unirea” klublarının heyətində top qovub. Çıxış etdiyi son klub isə Kipr çempionatının təmsilçisi “Alki Larnaka” olub.