12 avqust 2011 00:01
Roberto Karlosdan Bakıya hədiyyə (FOTO)
Mahaçqalanın "Anji" klubunun şərəfini qoruyan braziliyalı futbol ulduzu Roberto Karlos şəxsən imzaladığı futbol geyimini "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədova hədiyyə edib. Azerisport.az xəbər verir ki, futbolun inkişafında göstərdiyi xidmətlərə görə klub rəhbərinə təşəkkür edən Roberto Karlos bu kiçik sovqatla diqqət və ehtiramını ifadə edib.
Cari mövsümdən "Anji"nin heyətində yer alan canlı futbol əfsanəsi qısa bir müddətdə bütün Qafqaz azarkeşlərinin sevimlisinə çevrilib. Roberto Karlosun ölkəmiz və Azərbaycan futboluna hörmət bəsləməsi əvvəldən də məlum idi. Braziliyalı müdafiəçi “Bakı”nın prezidentinə ünvanlanan bu jesti bir daha xalqımıza olan ehtiramı nümayiş etdirmiş oldu.
