12 avqust 2011 00:03

Kəpəz qərb derbisində “yalnız qələbə” deyir

Premyer Liqanın ikinci turunun oyunları avqustun 13-də start götürəcək. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə “Turan” öz evində “Kəpəz”i qəbul edəcək.
 
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun verdiyi məlumata görə, “qərb derbisi” öncəsi komandada hazırlıqlar yüksək səviyyədə davam edir: “Komandada yüksək əhval-ruhiyyə hökm sürür. “Kəpəz” “qərb derbisi”ndə yalnız qələbə qazanmaq üçün mübarizə aparacaq. Futbolçularımız hər oyunda sona qədər mübarizə aparır. “Rəvan” ilə oyunda da bunun şahidi olduq”.
 
O, “Rəvan”la oyuna da münasibətini bildirib: “Bəzi söz-söhbətlər dolaşır ki, “Rəvan”ın qapıçısı qələbəni “Kəpəz”ə “hədiyyə” etdi. Mən bu cür fikirlərlə razı deyiləm. “Kəpəz” sona qədər mübarizə aparıb, zəhmətinin bəhrəsi olaraq qələbə qazanıb. Birinci hissədən sonra futbolçular qələbə qazanmağı qarşılarına məqsəd qoydular. Meydançanın su olması, hava şəraitinin pis olması bizə öz oyunumuzu tapmağa mane olurdu. Lakin oyunun sonlarına yaxın “Rəvan” öz oyun xəttini itirdi və biz də bundan maksimum yararlanıb qələbə topunu vurduq. İki epizodda futbolçularımız topu dirəyə vurdular. Ümumiyyətlə, “Rəvan”la oyunda “Kəpəz” qələbəyə layiq oyun nümayiş etdirdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.