11 avqust 2011 11:58

Qoran Pandev: Azərbaycan üzərində qələbə qazanmaq çox xoş oldu

Makedoniya yığmasının hücumçusu Qoran Pandev Azərbaycanla Bakıdakı yoldaşlıq oyunundan sonra (1:0) azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycanla növbəti yoxlama matçınızla bağlı təəssüratlarınız?
- Çox çətin oyun oldu. Komandanız sıradan rəqib olmasa da, bizə tanış idi. Bu komandanın nəyə qadir olduğunu bilirdik. Mən bir daha Azərbaycan yığmasının necə yaxşı komanda olduğunu gördüm. Bu üzdən də yoldaşlıq oyunu olmasına baxmayaraq, belə bir komanda üzərində qələbə qazanmaq çox xoş oldu. Bu, bizim üçün çox vacib xarakter daşıyırdı.
 
- Yəqin ki, qələbə qolunu vurduğunuz üçün sizə ikiqat xoşdu?
- Bu, o qədər də böyük əhəmiyyət kəsb etmir. Əgər oynadığım klubda olsaydı, bu suala başqa cür cavab verərdim. Amma bu, yığma komandadı. Burda əsas qələbədi. Kimin qol vurması həqiqətən vacib deyil. Azərbaycanda qazandığımız qələbə bizə AÇ-nin seçmə mərhələsinin qalan oyunlarında bizə əlavə güc verəcək.
 
- Bəzi epizodlarda çox emosional görünürdüz. Hətta Vurğun Hüseynovla mübahisə də etdiniz. Bu, nə ilə bağlı idi?
- Bir epizodda o, məni tutub saxladı. Mən sadəcə onu özümdən aralamaq istəyirdim və təsadüfən əlim ona toxundu. Onu vurmaq istəmirdim. Futbolda belə hallar olur. Futbolçular emosional insanlardı və hərdən özlərindən çıxa bilərlər.
 
- Ola bilsin ki, bu, sizin Azərbaycana ilk səfərinizdi, amma qardaşınız Saşko Pandev kifayət qədər burda gəzib. Axı o, ötən mövsüm “Muğan”da oynayırdı...
- Bəli, o, mənə danışıb. Təəssüf ki, onun “Muğan”dakı karyerası elə də uğurlu alınmadı. Hazırda o, Makedoniya A seriyasının klublarından birində çıxış edir.
 
- “İnter”də nə vaxta kimi çıxış etməyi düşünürsüz?
- Mənim klubumla daha 3 illik müqaviləm var. Heç bir yerə getməyə hazırlaşmıram. Qarşıda bizi çox çətin mövsüm gözləyir. “Milan” və “Juventus” skudetto uğrunda yenə bizim əsas rəqiblərimiz olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.