11 avqust 2011 12:14
Ufuk Budaq: Bizim sadəcə bəxtimiz gətirmədi
Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq Makedoniya ilə dünən Bakıda keçrilən yoxlama matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla uduzduğumuz qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu, mənim Azərbaycan yığmasındakı debüt matçım idi. Deyərdim ki, yığmadakı ilk oyunum çox gərgin alındı. Çox həyəcanlı idim. Xüsusilə ilk dəqiqələrdə. Təəssüf ki, xüsusi nə iləsə yadda qala bilmədim. Yenə dəvət gözləyəcəm. Matça gəlincə, makedoniyalılar bir səhvimizdən istifadə edib fərqləndilər. Bizim sadəcə bəxtimiz gətirmədi”.