11 avqust 2011 12:38
Miroslav Beranek: Azərbaycan üzərində qələbə bizə əlavə güc verdi
AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Qazaxıstan seçməsinin baş məşqçisi Miroslav Beranek Azərbaycan üzərində qazandıqları qələbəni xatırlayıb. Azerisport.az xəbər verir ki, o, həmin qələbənin (2:1) futbolçularına özünəinam və əlavə güc verdiyini bildirib:
“Söz verdiyim kimi, biz planlı şəkildə işlərimizi davam etdiririk. Addım-addım irəli gedirik. İlk addımımızı Almaniya ilə oyundan sonra atdıq. Komandanın heyətini əsaslı surətdə dəyişdik. İndi isə əsas işimizi oyunumuzu sabitləşdirməkdən ibarətdi. Şəxsən Azərbaycan üzərindəki uğur həm mənə, həm də futbolçulara əlavə güc və əminlik verdi. Amma hələ problemlərimiz qalmaqdadı. Xüsusilə də müdafiədə”.