11 avqust 2011 12:58
“Azərbaycanla oyun ağır keçdi”
Makedoniya yığmasının yarımmüdafiəçisi Veliçe Şumulikovski Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, qələbə qazandıqları (1:0) qarşılaşmadan sonra bunları dilə gətirib:
“Azərbaycanla oyun ağır keçdi. İqlim şəraiti də sözünü deyirdi. Həm də bir neçə futbolçumuz ilk dəfə idi yığmada oyuna çıxırdı. Ümumiyyətlə, birinci hissədə biz o qədər də yaxşı oynamadıq. İkinci hissədə isə daha inamlı futbol oynadıq. Nəticədə də minimal hesablı qələbə qazandıq”.