12 avqust 2011 14:15
Semih Şentürk sərbəst buraxıldı (YENİLƏNİB)
Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı istintaq davam edir. Azerisport.az xəbər verir ki, bu gün Türkiyə millisinin, eləcə də “Fenerbahçe”nin hücumçusu Semih Şentürk də ifadə vermək üçün saxlanılıb.
Onunla yanaşı idman yazarı Alaattin Metin də polis bölməsinə aparılıb. Onların hər ikisinin aqibəti aparılacaq sorğulardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, bu gün qədər 100-dən çox insanın cəlb edildiyi istintaq zamanı xeyli insanın həbsinə qərar verilsə də, bəziləri günahsız olduğundan sərbəst buraxılıb.
***
Artıq ifadəsi alınan Semih sərbəst buraxılıb. Türkiyə mətbuatının iddiasına görə, onun hər hansı bir günahının olmadığı aşkarlanıb.
