12 avqust 2011 13:36

Georgi Nikolov: Hədəfimiz bütün cəbhələrdə qalib gəlməkdi

“İnter”in preizdenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan, yeni mövsümlə bağlı hədəflərdən, Dmitri Bulıkinin transferindən, eləcə də 2-ci turun “Qarabağ”la səfər oyunundan danışıb.
 
- “İnter”i bu tur “Qarabağ”la çətin səfər oyunu gözləyir…
- Çox çətin oyun olacaq. “Qarabağ” bizim üçün həmişə möhkəm qoz olub. Son illərdə Ağdam klubuna qarşı elə də uğurlu oynamırıq. Üstəlik bu dəfəki oyun da Quzanlıda keçiriləcək. Amma bu, bizim məqsədimizdə heç bir dəyişikliyə səbəb ola bilməz. Yalnız qələbə üçün oynayacağıq. Güclünün kimliyini isə 90 dəqiqənin tamamı göstərəcək.
 
- Quzanlıya səfər futbolçularınızın yorğunluğuna səbəb olmayacaq?
- Ora gedilən yol “İnter” kimi, “Qarabağ” üçün də eynidi. Məni bu yox, Quzanlıdakı meydançanın hazırkı durumu daha çox narahat edir. Çox istərdim ki, qazonun vəziyyəti yaxşı olsun. Bir də sizin vasitənizlə Quzanlıdakı azarkeşlərə müraciət etmək istərdim. Qoy onlar obyektiv olsunlar. Adətən Quzanlıya səfərlərimiz zamanı bizlə orda çox pis davranırlar. Komandanın ünvanına xoşagəlməz sözlər eşidirik. Amma başa düşmək lazımdı ki, “İnter” də Azərbaycan klubudu. Biz hamımız bir ölkənin çempionatında çıxış edirik.

- “Turan”la ilk oyununuz necə dəyərləndirərdiz?
- Tovuzlulara qarşı oyunumuz xoşuma gəldi. Kaxaber Tsxadadze meydana eksperimental heyət çıxarsa da, komanda yaxşı oynadı. “Turan”ı minimal hesabla məğlub etsək də, qol vurmaq üçün baqa şanslarımız da oldu. Dirəyə dəyən toplarımız da oldu, qapıçıları da bir neçə qurtarış etdi. Fikrimcə, mövsümün ilk oyunu üçün çox yaxşı təsir bağışladıq və layiqli qələbə qazandıq.
 
- Avropa Liqasının ardından Azərbaycan millisinin heyətində Makedoniyaya qarşı da forma geyən “Qarabağ” futbolçularının yorğunluğu “İnter”in işinə yaraya bilər?
- Bu amil elə də ciddi rol oynamır. “Qarabağ”ın futbolçuları həmişə axıra kimi oynayırlar. Onlar hər oyunda qələbə üçün sona kimi mübarizəni davam etdirirlər. Ağdamlılar bizimlə oyunda bütün güclərini meydanda qoymağa çalışacaqlar.
 
- “İnter”in rusiyalı hücumçu Dmitri Bulıkini transfer etməyə hazırlaşdığı iddia olunur...
- Xeyr, “İnter” artıq transfer çalışmalarına yekun vurub. Hazırda biz heç kimlə danışıq aparmırıq. Bulıkinlə maraqlanmağımız haqda xəbərləri də mətbuatdan öyrəndim. Amma “İnter” onunla danışıq aparmayıb. Bütün transferlərimiz baş məşqçiylə razılaşdırılıb, həyata keçirilib. Bu hücumçu haqda isə bizim heç bir söhbətimiz olmayıb.
 
- “İnter” bu mövsüm transfer bazarında elə də fəal deyil. Bu, hədəflərinizin aşağı olacağına işarə deyil ki?
- Biz komandanın özəyini saxlamışıq. “İnter” aparıcı futbolçularını saxlayıb və daha da gücləndirib. Hədəflərimiz də dəyişməyib. Bütün cəbhələrdə qələbə qazanmağa çalışacağıq. Komandanın qarşısına ən yüksək hədəflər qoyulub. Rəqabət artsa da, çempion olmaq istəyirik. “Qəbələ” və “Bakı” da güclənib. “Xəzər Lənkəran” da hər şeyə rəğmən sona kimi vuruşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.