12 avqust 2011 21:14
Azərbaycan İsveçrə ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması İsveçrədə təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, yığmamız toplanış çərçivəsində bu gün daha bir sınaq matçına çıxıb.
Belə ki, komandamız Bakı vaxtı ilə saat 18:30-da, “Kolovre” stadionunda isveçrəli həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:0 hesabı ilə İsveçrə yığmasının xeyrinə başa çatıb.
Xatırladaq ki, iki gün öncə yığmamız İsveçrənin “Vaud” klubu ilə qarşılaşmış və 1:2 hesabıyla məğlub olmuşdu.
Yeri gəlmişkən qeyd edək ki, İsveçrə - Azərbaycan matçını AFFA-nın baş məşqçisi Elxan Məmmədov, UEFA-nın baş katibi Gianni İnfantino, UEFA İcrayyə Komitəsinin üzvü, UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund və İsvecrə Futbol Federasiyasının baş katibi Aleks Mişer canlı izləyiblər.
Yoldaşlıq oyunu
12 avqust
İsveçrə - Azərbaycan - 2:0
