12 avqust 2011 15:15
İvan de Kamarqo: Azərbaycana qarşı oynamaq istəyirəm
Belçika yığmasının hücumçusu İvan de Kamarqo Azərbaycan millisinə qarşı forma geymək istəyir. Azerisport.az xəbər verir ki, o, bu haqda açıqlamasında aşağıdakıları dilə gətirib:
“Mənim məqsədim əsas yığmaya düşməkdi. Ümid edirəm ki, Azərbaycanla oyunda meydana çıxa biləcəm. Baş məşqçi Jorj Leekens məni tanıyır və oyunumu görüb. Mənim Almaniyada da oyun təcrübəm var. Ümid edirəm ki, yığma karyeram da uğurlu alınacaq”.

Qeyd edək ki, Belçika AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibidi və sentyabrın 2-də Bakıda Azərbaycanın qonağı olacaq.