12 avqust 2011 15:39
Sumqayıt Şəhər daha 3 futbolçu sifariş etdi
Azərbaycan Premyer Liqasının debütantı "Sumqayıt Şəhər" klubu daha 3 futbolçunun adını sifariş vərəqəsinə daxil edib. Azerisport.az xəbər verir ki, onların hamısı yerli futbolçulardı.
Belə ki, yarımmüdafiəçilər Samir Abdulov və Mahmud Qurbanov, həmçinin qapıçı Sahil Kərimov qarşıdakı mövsümü Sumqayıt təmsilçisinin heyətində keçirəcək.
