12 avqust 2011 15:47
Turanın braziliyalı və almaniyalı futbolçuları debütə hazırlaşır
Azərbaycan Premyer Liqasının 2-ci turunun açılış oyununda "Kəpəz"i qəbul edəcək "Turan" "qərb derbisi"nə ciddi hazırlaşır. Azerisport.az xəbər verir ki, vacib oyun öncəsi heyətdə itki yoxdu.
Bundan əlavə, "Kəpəz"lə oyunda Tovuz təmsilçisinin heyətində 3 futbolçu debüt edə bilər. Bunlar türk əsilli almaniyalı qapıçı Göksu Hasancik, gürcüstanlı yarımmüdafiəçi Zura Dzamsaşvili və braziliyalı hücumçu Rudison Ferreyradı.
Qeyd edək ki, "Turan" - "Kəpəz" oyunu sabah keçiriləcək.
