12 avqust 2011 16:15
Azərbaycan yığması problemlə üz-üzə
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının təqvimini UEFA avtomatik sistemi müəyyən edə bilər. Azerisport.az xəbər verir ki, turnirin təqvimini müəyyənləşdirmək məqsədi ilə noyabr ayında Lüksemburqda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Lüksemburq və Azərbaycan futbol qurumlarının təmsilçiləri bir araya gələcək.
Ancaq Lüksemburq futbol federasiyasının prezidenti Pol Fillip tərəflərin razılığa gələ biləcəyinə inanmır: “Hamımız belə məsələlərdə Dik Advokat və Paulu Bentunun necə xırdaçı və inadkar olduğunu bilirik”, deyə Pol Fillip bildirib. O, həmçinin qeyd edib ki, əgər tərəflər razılığa gələ bilməsələr, bu halda son söz kompüterin olacaq və oyunların keçirilmə vaxtı avtomatik müəyyənləşdiriləcək.
Kompüter heç kimə güzəşt etməyəcək. Həmçinin bizə də. Məsələ bundadı ki, 2012-ci ilin payızında Azərbaycanda futbol üzrə qızlar arasında dünya çempionatı keçiriləcək. Bu isə əsas arenaların məşğul olacağı deməkdi. AFFA-ya Advokat və Bentunun ümumi təqvimə dair mübahisə etməməsi çox faydalıdı ki, biz kompüter qərarını gözləməyək.
Xatırladaq ki, əvvəllər yığmamızın yer aldığı qruplarda oyunların təqvimi ilə bağlı problemlər olmayıb.
