12 avqust 2011 16:42
XL Juilus Vobayı cəzalandırdı
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay əvəzedici komandaya göndərilib. Azerisport.az xəbər verir ki, qeyri-rəsmi də olsa, bunun tərəflər arasında yeni müqavilə bağlamaq üçün razılığa gəlinməməsi göstərilir.
Məsələ burasındadı ki, Vobayın cənub təmsilçisi ilə müqaviləsinin müddəti qışda başa çatacaq. Bu üzdən də klub rəhbərliyi indidən yeni müqavilə bağlayaraq, aparıcı futbolçusunu heyətində saxlamağa çalışır. Çünki onunla hazırda həm digər klublarımız, həm də Rusiya Premyer Liqası təmsilçilərinin maraqlandığı bildirilir. Özü də yerli klublardan “Neftçi” və “Bakı”nın Juliusu almaq istədiyi haqda xəbərlər dolaşır.
Klub rəhbərliyinin müqavilə təklifini qəbul etməyən və başqa komandaya keçməyi hədəfləyən Vobayın bu hərəkətinin qarşılığında “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik onu əsas heyətdən uzaqlaşdırıb. Komandanın dünən axşamkı məşqində Vobay iştirak etməyib.
