12 avqust 2011 16:54
Elxan Abdullayev: Xəzər Lənkəran da istisna deyil
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 2-ci turunun “Xəzər Lənkəran”la ev oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Klub rəhbərliyinin qarşıma qoyduğu vəzifəni nəzərə alsaq, biz qarşıdakı oyunda qələbədən başqa heç nə haqda düşünə bilmərik. Hətta “Xəzər Lənkəran” da istisna deyil. Rəqib ciddidi, amma biz ancaq qələbə üçün oynayacağıq. Əlbəttə, heyətdə itkilərimiz var ki, bu da işimizi çətinləşdirir. Qırmızı vərəqə alan Viktor İbekoyi dəqiq oynamayacaq. Həmçinin Robert Petrov, Aqil Nəbiyev və Usim Ndukanın bu görüşdə iştirakı sual altındadı. Ümid edirəm ki, oyuna kimi onlar sıraya dönə biləcəklər. Onların yoxluğu komandanın oyununa təsir göstərə bilər”.