12 avqust 2011 17:11
Əsgər Abdullayev ilk qələbəsini Kəpəz üzərində qazanmaq istəyir
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 2-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipiallığıyla seçilib. “Kəpəz”lə qarşılaşma bizim üçün çox vacib əhəmiyyət daşıyır. Çünki ilk ev oyunumuza çıxacağıq. Yaxşı hazırlaşmışıq. Rəqibə ciddi müqavimət göstərmək istəyirik. Öz azarkeşlərimizi sevindirməyi düşünürük. Ancaq qələbəyə oynayacağıq. Baxmayaraq ki, çətin olacaq. Çünki “Kəpəz” güclü komandadı”.