12 avqust 2011 17:58
Neftçi Dalğa Arenada
Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın "Rəvan" klubu ilə oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman bu gün axşam saatlarında növbəti məşqə çıxacaq.
Hazırlıq prosesi saat 19:30-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Dalğa Arena" stadionunda baş tutacaq.
Qeyd edək ki, avqustun 14-də keçiriləcək "Rəvan" - "Neftçi" oyunu saat 18:00-da başlanacaq.
