12 avqust 2011 18:14
Qarabağ – İnter duellərində 33-cü pərdə
Bazar günü “Qarabağ” “İnter”lə 20-ci çempionatda ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, tərəflərin oyunu daim maraqlı rəqabət şəraitindən keçdiyindən 14 avqustda baş tutacaq oyun da diqqəti cəlb edir.
Quzanlıda baş tutacaq oyun tərəflərin sayca 33-cü dueli olacaq. Bura “İnter”in sələfi olan “Xəzər Universiteti”ylə keçirdiyi oyunlarla birlikdə çempionat və kubok görüşlərinin cəmi nəzərdə tutulub.
Çempionatda 27, kubokda isə 5 görüş baş tutub. Çempionatda baş tutan görüşlərdə ağdamlıların minimal üstünlüyü var. “Qarabağ” 11 qələbə qazandığı halda 9 dəfə meydanı məğlub tərk edib. 7 oyunda isə 3 xala sevinən olmayıb. Top fərqinə gəlincə, burda da ağdamlıların üstünlüyü var – 28: 20.
Ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar. İlk oyun “Şəfa” stadionunda baş tutub və Çertoqanovun vurduğu yeganə qol ev sahiblərinə qələbə gətirib. Növbəti 3 qarşılaşmada isə “Qarabağ” rəqibini məğlub etməyi bacarıb.
“Qarabağ”la “İnter” arasında baş tutan bütün oyunların nəticələri:
Cempionat
99-2000 0:0, 2:0
00-01 3:0, 0:0
01-02 2:1, 1:2, 1:1
03-04 3:1, 2:0
04-05 3:1, 0:1
05-06 0:2, 1:0
06-07 0:1, 0:1
07-08 0:1, 0:1
08-09 1:1, 1:1
09-10 1:0, 1:2, 1:1, 1:1
10-11 0:1, 1:0, 2:0, 1:0
Kubok
2004-2005 1:0, 0:2 1/8 final
2007-2008 2:2, 0:1 1/4 final
2008-2009 1:0 final
“Qarabağ”ın mətbuat xidməti
