12 avqust 2011 18:42
Millinin Qazaxıstanla oyunu Lənkəranda keçiriləsi olmadı
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssisləri Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyünün vəziyyəti ilə tanış olmaq üçün Lənkərana səfər edib. Azerisport.az xəbər verir ki, böyük britaniyalı mütəxəssislər ot örtüyünün 2011-ci il sentyabrın 6-a qədər lazımi səviyyəyə çatdırılmasının mümkün olmaması barədə rəy veriblər.
Bunu nəzərə alaraq, AFFA rəhbərliyi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Lənkəran şəhər Mərkəzi stadionunda keçirilməli olan Azərbaycan – Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunması ilə bağlı UEFA-ya müraciət edəcək.
