12 avqust 2011 19:18
Toni Adams: Bizi Sumqayıt Şəhərlə çətin oyun gözləyir
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 2-ci turunun “Sumqayıt Şəhər”lə oyunu öncəsi fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sumqayıt Şəhər” gənc və yeni komandadı. Bu üzdən də bizi çətin oyun gözləyir. Çünki rəqib özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni edəcək. Özü də onların bunun üçün gözəl potensialı var. Elə futbolçular da hamısı yeni olduqlarından baş məşqçi Bernard Raaba özlərini göstərməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, biz ancaq qələbəyə oynayacağıq”.
