12 avqust 2011 21:31
İkinci tur heç-heçə ilə başladı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 2-ci turuna start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Hesabat turuna "Turan" - "Kəpəz" oyunu ilə start verilib. "Qərb derbisi"ndə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Turun qalan görüşləri sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
2-ci tur
12 avqust
Turan - Kəpəz - 2:2
Qollar: Azər Məmmədov, 67; 83 - Qafar Qafarov, 12, Vüsal İbrahimov, 29.
