13 avqust 2011 20:00
Turan Kəpəz üzərində əzmkar qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
2-ci tur Tovuzda start götürüb. Burda yerli “Turan” qərb derbisində “Kəpəz”i qəbul edib. Həmin “Kəpəz”i ki, ilk turda doğma meydanda debutant “Rəvan” üzərində çətinliklə qələbə qazanmışdı. Əsgər Abdullayevin rəhbərlik etdiyi Tovuz klubu isə ilk turda səfərdə “İnter”lə qarşılaşmış və rəqibə ciddi müqavimət göstərməsinə rəğmən, minimal hesablı məğlubiyyətlə üzləşmişdi. Bu dəfə isə Abdullayev “Turan”la ilk xalını qazanmağa, qələbəsini rəsmiləşdirməyə çalışacaqdı.
Belə də oldu. Düzdü, hesabı qonaqlar açsa da, sonradan özünə gələn Tovuz təmsilçisi inamlı və əzmkar qələbəyə sevindi.
Premye Liqa
2-ci tur
13 avqust (şənbə)
TURAN - KƏPƏZ - 3:1 (1:1)
Qol: Ceyhun Sultanov, 6 (0:1), Zura Dzamsaşvili, 24 (1:1), Sergey Artyux, 55-pen. (2:1), Sergey Artyux, 80 (3:1)
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov.
Tovuz. Şəhər stadionu. Saat 18:00.
Oyun başladı
Tərəflər ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
Ceyhun Sultanov hesabı açır - 0:1
Bu futbolçunun ayağı açılıb. O, artıq mövsümün startında iki oyuna üçüncü qolunu vurur
Lakin bu dəfəki qolu bir qədər kuryoz alınır. Sol cinahdan asması qapıya daxil olur
Buraxılan qoldan sonra meydan sahibləri fəallığı artırır
Nadir Nəbiyev rəqib qapıçı ilə üz-üzə qalsa da, şansını qaçırır
Zura Dzamsaşvili cərimə zərbəsi zamanı dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1
Gürcü futbolçu keçmiş komandasını qolla cəzalandırır. Ötən mövsümü o, məhz Gəncə klubunda keçirmişdi
Hesab bərabərləşəndən sonra fasiləyə kimi demək olar ki, heç bir ciddi təhlükə yaradılmadı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra üstünlük tamamilə tovuzluların tərəfindədi
Ayxan Abbasova qarşı cərimə meydançasında kobud oynayırlar və hakim penalti təyin edir
Sergey Artyux penaltidən dəqiq zərbə ilə komandasını hesabda önə keçirir - 2:1
"Kəpəz" fəallığı artırıb və hesabı bərabərləşdirməyə çalışır
Öncə Ceyhun Sultanovla Sabir Allahquliyev fərqlənmək şansını qaçırır
Fomenko da hesabı bərabərləşdirməyə yaxın olsa da, fərqlənə bilmir
Sergey Artyux matçın başa çatmasına 10 dəqiqə qalmış özünün ikinci, komandasının üçüncü topunu rəqib qapısından keçirir - 3:1
Matç başa çatdı
Hesabat turunun qalan görüşləri sabah baş tutacaq: "Qarabağ" - "İnter", "Rəvan" - "Neftçi", "Sumqayıt Şəhər" - "Qəbələ", AZAL - "Xəzər Lənkəran", "Bakı" - "Simurq".
Bombardirlər:
3 – Ceyhun Sultanov (Gəncə)
2 - Zohair Benuahi (AZAL), Sergey Artyux (Turan).
