14 avqust 2011 22:51

Favoritlərdən yalnız Bakı büdrədi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 qarşılaşma keçirildiyindən, qalan beş görüşün hamısı bu gün baş tutaub.
 
Ən maraqlı qarşılaşmalardan biri Quzanlıda keçirilib. Turun mərkəzi oyununda “Qarabağ” ağdamlı azarkeşlərin gözü önündə “İnter”i qəbul edib və minimal hesablı qələbəyə sevinib. Ağdam klubu kimi son çempion “Neftçi” də yeni mövsümə bu tur start verib. “Ağ-qaralar” mövsümə “Rəvan”la qarşılaşma ilə başlayıb və onlar da minimal hesablı qələbə ilə 3 xala seviniblər. Digər debutant “Sumqayıt Şəhər” də bu dəfə ilk ev oyununa çıxıb. Sumqayıt təmsilçisi doğma şəhərdəki debüt matçında “Qəbələ”yə uduzub. Hesabat turunun daha bir prinsipial qarşılaşması AZAL və “Xəzər Lənkəran” arasında keçirilib ki, qonaqlar rəqibini darmadağın ediblər. Nəhayət, hesabat turuna “Bakı” – “Simurq” görüşüylə yekun vurulub. Elə turun yeganə sensasiyası da Sergey Yuranın komandasından gəlib.
 
Premye Liqa
2-ci tur
14 avqust (bazar)
 
BAKI - SİMURQ - 0:0 (0:0)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
"Bakı" ərazi üstünlüyünə malik olsa da, hələlik hücum qura bilmir
Qonaqlar hələ ki, meydan sahiblərinin təzyiqinə dözürlər
19. Qonaqların hücumunun qarşısını Şarliya alır
22. R.Hacıyevə qarşı təhlükəli nöqtədə kobud oyun. Hakim cərimə zərbəsi təyin edir
23. Soliçin zərbəsi qapıdan azacıq yan keçir
30. İlk yarım saat ərzində demək olar ki, yadda qalan qol epizodu olmayıb
36. "Simurq" çox təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq şansı qazanır
37. Yanutovskinin zərbəsi canlı səddən qayıdır
43. Karqbo qonaq futbolçuya qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırılır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Simurq"da Ramil Sayadovu Elçin Xəlilov əvəzləyir
50. Şarliya rəqib futbolçunun uzaqdan zərbəsini çətinlik çəkmədən tutur
52. İlkin Qırtımov qonaq komandada sarı vərəqə alan futbolçu olur
57. "Simurq" qətiyyən müdafiə olunmur və əksinə rəqib qapısı qarşısında təhlükəli hücumlar da qurmağa çalışır
Fasilədən sonra qonaqlar çox yaxşı təsir bağışlayırlar
61. "Bakı"nın künc zərbəsi çox təhlükəli olsa da, Hodziç komandasını real qoldan xilas edir
63. Soliçin əvəzində meydana Vadim Borets daxil oldu
69. "Simurq"un təhlükəli hücumu zamanı Şarliya komandasını real qoldan xilas edir
72. Çesnauskisin əvəzində meydana 18 yaşlı Nurlan Novruzov daxil olur
73. "Bakı" artıq 3 hücumçuyla oynamağa başlayıb
73. V.Yanotovski sarı vərəqə alır
74. Yanotovski Mikayıl Rəhimovla əvəzlənir
77. Ramaldanov Parksa qarşı kobudluq edir və hakim penalti təyin edir
77. "Simurq"un kapitanı sarı vərəqə ilə də cəzalanır
79. D.İvanovun penalti zərbəsini Hodziç geri qaytarır. İnanılmaz...Verpakovskinin təkrar zərbəsi isə dirəkdən qayıdır
83. Ramaldanovun sifətinə top dəydiyi üçün oyunu davam etdirə bilmir və onu Ruhid Usubov əvəzləyir
84. Boretsin zərbəsi qapıdan yan keçir
86. Əli Bağırovun çox gözəl zərbəsini Şarliya dəf edir
87. Starkovdan anlaşılmaz qərar. O, Novruz Məmmədovu Cəmşid Məhərrəmovla əvəzləyir
89. Cəmşid dərhal "fərqlənir": kobud oyun və sarı vərəqə
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
AZAL - XƏZƏR LƏNKƏRAN - 0:3 (0:1)
Qollar: Adrian Pit, 12 (0:1), Emeka Opara, 60 (0:2), Emeka Opara, 75 (0:3).
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
 
Oyun başladı
Qonaqların təhlükəli hücumu qolsuz tamamlanır. Pitin asmasını Doman qolla bitirə bilərdi
XL matça daha fəal başlayıb
Adrian Pit dəqiq zərbə ilə hesabı açır - 0:1
Doman Piti növbəti dəfə zərbə mövqeyinı çıxarsa da, rumın bu dəfə dəqiq oynamır
AZAL üstünlüyü ələ almağa çalışır
Meydan sahiblərinin heyətində Ruiz hesabı açmağa yaxın olsa da, Elnur Allahverdiyev komandasını real təhlükədən xilas edir
İlk yarının son dəqiqələri də meydan sahiblərinin üstünlüyü şəraitində keçir
Amma fasiləyə qədər başqa qol olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL-ın kiçik üstünlüyü davam edir
M.Limani qonaqları cəzalandırmağa çalışsa da, istəyinə çatmır
Pitin cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur
Z.Benuahi və R.Petrov qol şanslarını əldən verir
Emeka Opara meydan sahiblərini 2-ci dəfə məyus edir - 0:2
AZAL-da N.Kvirtiyanı T.Xəlilov əvəzləyir
Emeka Opara özünün ikinci, komandasının üçüncü qolunu vurur - 0:3
Darmadağın olmasına rəğmən, AZAL bütöv komandayla hücuma atılıb
Petrov sarı vərəqə ilə cəzalanır
Səfiyaroğlu qeyri-dəqiq zərbə ilə yadda qalır
Xəlilovun da zərbəsi təhlükəli amma qeyri-dəqiqdi
Matç başa çatdı
 
QARABAĞ - İNTER - 1:0 (0:0)
Qol: R.Əliyev, 52 (1:0).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov.
Quzanlı. Qəsəbə stadionu.
 
Oyun başladı
Meydan sahibləri oyuna daha fəal başlayıblar və hücumlar təşkil edirlər
Quzanlı stadionunun ot örtüyü heç də ürəkaçan durumda deyil
7. Adamiyanın zərbəsi qapının üstündən keçir
15. Tərəflər hələlik real qol vəziyyəti yaratmaqda çətinlik çəkirlər
21 Lomaya çox kobud səhvə yol versə də, son anda hər şey qonaqlar üçün yaxşı qurtarır
21. İlia Kandelaki qonaqların heyətinə sarı vərəqə ilə cəzalanır
25. "İnter"in təsadüfi hücumları hələ ki, ciddi təhlükə yaratmır
30. Ansi Aqolli də sarı vərəqə ilə cəzalanır
33. Asif Mirilinin uzaqdan zərbəsini Pavloviç tutur
35. Oyunda temp xeyli aşağı düşüb. Üstünlük isə "Qarabağ"ın tərəfindədi
37. B.Tsxadadze çox əlverişli vəziyyətdə qapıya dəqiq zərbə vura bilmir
42. Elnur Abdulovun uzaqdan möhtəşəm zərbəsi zamanı qapı çatı "Qarabağ"ı qoldan xilas edir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Nedzipinin əvəzində meydana ikinci hissədə İlqar Qurbanov çıxıb
46. "İnter"də isə Kandelaki yerini Xəyal Mustafayevə verib
47. Meydan sahiblərinin yüz faizli qol imkanı...İlqarın baş zərbəsini Lomaya əla reaksiya ilə geri qaytarır
50. İlqar oyuna fəal qoşulub. Onun təhlükəli asması təhlükəli olsa da, çölə çıxır
51. Zaur Həşimov zədələndiyi üçün oyunda fasilə yaranıb. Deyəsən, zədəsi ciddidi
52. Ağdamlıların əla hücumunu Rauf dəqiq zərbə ilə tamamlayır - 1:0
55. Zaur oyuna davam edə bilmir və onu Emin İmaməliyev əvəzləyir
56. P.Çrappanın cərimə zərbəsi təhlükəli, amma qeyri-dəqiqdi
57. Çervenkanın əvəzində meydana Petar Zlatinov çıxır
61. Qara Qarayev Zlatinova qarşı kobudluğa görə sarı vrəqə ilə cəzalanır
72. "İnter"də Elnur Abdulovu Nizami Hacıyev əvəzləyir
78. Bəxtiyarın əvəzində Tural İsgəndərov oyuna daxil olur
85. X.Mustafayevin uzaqdan zərbəsini Pavloviç tutur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. "İnter"in çox təhlükəli qol vəziyyətini Pavloviç zərərsizləşdirir
Matç başa çatdı
 
RƏVAN - NEFTÇİ - 0:1 (0:1)
Qol: Bahodir Nasimov, 17 (0:1)
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev.
Bakı. "Dalğa Arena" stadionu.
 
Oyun başladı
Oyun kifayət qədər sürətli hücumlarla başlayıb
Cavid Hüseynovun çox təhlükəli ötürməsi zamanı qapıçı "Rəvan"ı qoldan xilas edir
"Neftçi" daha fəaldı
Reys Klaudineyin təhlükəli zərbəsini Stamenkoviç turur
Mirhüseyn Seyidovun zərbəsi dəqiq olmur
Çempion hesabı açır. Bahodir Nasimov komandasının yeni mövsümdəki ilk qolunu vurur - 0:1
Oyun meydanın mərkəzinə keçib və qapılar qarşısında ciddi təhlükə yaranmır
Hər iki komanda ehtiyatlı oyuna üstünlük verir. Xüsusilə "Neftçi"
Meydan sahiblərinin heyətində Qulordavanın fərqlənmək istəyi baş tutmur
İlk yarının son dəqiqələrində futbolçular arasında gərgin anlar yaşanır. Qulordava və Ruslan Əmircanov fəallardandı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Tagim Novruzovun cərimə zərbəsi qol gətirmir
Komandalar hücumlar qurmağa çalışsa da, hələlik bəhrəsizdi
M.Seyidovun zərbəsi qeyri-dəqiq alınır
"Rəvan" inanılmaz qol şansını qaçırır. Klaudiney yaxın məsafədən tora düşə bilmir
Flavinyonun zərbəsini qapıçı dəf edir
Qutyerresin cərimə zərbəsi qol gətirmir
M.Seyidovun əvəzində meydana C.İmamverdiyev daxil olur
R.Abışov yaxın məsafədən fərqlənə bilmir
İmamverdiyevin zərbəsini qapıçı tutur
Alessandro sarı vərəqə alır
Abışovun zərbəsi qeyri-dəqiq olur
Son dəqiqələrdə daha bir sarı vərəqə alan Alessandro meydandan qovulur
Matç başa çatdı
 
SUMQAYIT ŞƏHƏR - QƏBƏLƏ - 1:2 (0:2)
Qollar: Dodo, 5 (0:1), Daniel Lopes Kruz, 42 (0:2), Orxan Əliyev, 90+3 (1:2)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
 
Oyun başladı
Oyun ilk dəqiqələrdən qonaqların üstünlüyü şəraitində keçir
Dodo dəqiq zərbə ilə hsabı açır - 0:1
"Qəbələ" qoldan sonra da fəallığını davam etdirir
Meydan sahibləri demək olar ki, heç nə ilə seçilmirlər
Dodo ikinci qolunu vursa da, hakim ofsayd qeydə alır
Meydan sahiblərinin heyətində Eşqin Quliyevin baş zərbəsi çox təhlükəli olsa da, azacıq dəqiqlik çatışmır
Daniel Lopes Kruz komandasının ikinci qolunu vurur - 0:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri ikinci hissəyə xeyli fəal başlayıblar
Daniel Kruz ikinci qolu vurmaq istəsə də, qapıçı sayıqdı
Mahmud Qurbanov Sumqayıt klubunda ilk oyununa çıxır
Meydan sahibləri daha təhlükəli oynamağa başlasalar da, qol vura bilmirlər
Nodar Məmmədovun zərbəsini qapıçı tutur
Sumqayıtlıların 2-ci hissədəki fəallığı bəhrəsini verir. Orxan Əliyev son dəqiqələrdə qollardan birinin əvəzini çıxır - 1:2
Matç başa çatdı
 
Xatırladaq ki, ilk oyun günündə cəmi 1 görüş baş tutmuşdu: “Turan” - “Kəpəz” - 3:1.
 
 
1
Xəzər Lənkəran
2
2
0
0
5-1
6
2
Qəbələ
2
1
1
0
1-0
4
3
Turan
2
1
0
1
3-2
3
4
Neftçi
1
1
0
0
1-0
3
5
Qarabağ
1
1
0
0
1-0
3
6
AZAL
2
1
0
1
3-3
3
7
İnter
2
1
0
1
1-1
3
8
Kəpəz
2
1
0
1
4-5
3
9
Bakı
2
0
2
0
0-0
2
10
Simurq
2
0
1
1
0-3
1
11
Rəvan
2
0
0
2
2-4
0
12
Sumqayıt Şəhər
2
0
0
2
2-4
0
 
Bombardirlər:
3 – Ceyhun Sultanov (Gəncə)
2 - Zohair Benuahi (AZAL), Sergey Artyux (Turan), Emeka Opara (Xəzər Lənkəran)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.