12 avqust 2011 11:28
Zeynal Məmmədov: O, bizdən kifayət qədər böyük məbləğ tələb edir
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan, “Qəbələ” ilə oyundan, Jaba və Roşanın gedişindən, eləcə də yeni transferlərdən danışıb.
- “Qəbələ” ilə oyun haqda nə deyə bilərdiz?
- Deməzdim ki, “Bakı”dan razı qaldım. Baxmayaraq ki, birinci hissədə ikinciyə nisbətən daha yaxşı oynadıq. Mümkündü ki, klubun yeni gələnlərinə vaxt lazımdı. Zamanla “Bakı” daha yaxşı oynamalıdı. İkinci hissədə bir sıra səhvlər buraxdıq. Onları aradan qaldırmaq lazımdı. Amma rəqibi də qeyd etmək lazımdı. “Qəbələ” artıq adi komanda deyil. Biz Toni Adamsın yaratdığı çox güclü komanda ilə qarşılaşdıq. Bütün klublarla onlarla oyunda çətin olacaq. Heç kim Qəbələdən 3 xalı asanlıqla çıxara bilməyəcək.

- Sloveniya toplanışı zamanı da komandanız heç bir oyunda qələbə qazana bilməmişdi. Bu, nə ilə bağlıdı?
- Yoldaşlıq oyunları ondan ötrüdü ki, yeniləri iş başında görə bilək, səhvləri görək. Şəxsən mən Sloveniya toplanışının ikinci hissəsində gördüklərimdən razı qalmışdım. Qələbə olmasa da, komanda yüksək səviyyədə çıxış etmişdi. Bizim üçün əsas Azərbaycan çempionatı və kubokudu. Boşa verilmiş son mövsümün ardından xeyli dəyişikliklər olub. Komandanın sıralarını 16 futbolçu tərk edib. Onların əvəzinə gələnlər ümidləri doğrultmalıdılar.

- Yeni transferlər olacaq?
- Avqustun 31-nə kimi vaxtımız var. Hazırda sifariş ərizəsinə 22 futbolçu daxil etmişik. Daha iki oyunçu ilə müqavilə bağlamağı planlaşdırırıq. Onlardan biri Sloveniya “Domzale”sindən dəvət etdiyimiz Juninyodu. 27 yaşı var. Onunla yanaşı daha bir legioner alacağıq. Hazırda onunla danışıqlar aparırıq. Hər iki futbolçunun keçidi ilə bağlı kiçik problemlər qalır ki, onları yoluna qoymaq lazımdı.
- Uinston Parksın “Bakı”ya keçidindən sonra “Xəzər Lənkəran”la münasibətlərdə soyuqluq yaranmayıb?
- Bu, futboldu. Burda transferlər həmişə olur. Bizə dedilər ki, Rumıniya “Timisoara”sı Parksa görə pul tələb edir. Futbolçu özü də “Bakı”da oynamaq istəyini dilə gətirirdi. Bundan sonra transferin həllinə başladıq. Rumıniya klubunun tələb etdiyi pulun yarısını biz ödədiksə, qalanını Parks ödədi. Bizə Adrian Piti də təklif etdilər, amma biz imtina etdik.
- Jaba, Leandro Roşa, Adnan Bərəkətin gedişi haqda nə deyərdiniz?
- Roşa bizim şərtlərlə razılaşdı və klubu tərk etdi. O, klubdan transfer vərəqini də alaraq getdi. Adnan Bərəkətin məsələsi hələ də açıqdı. Jabaya gəlincə, o, müqavilənin ləğvinə görə kifayət qədər böyük məbləğ tələb edir. Çünki müqaviləsinin müddəti 2012-ci ildə bitəcək. Bizim təklif etdiyimiz məbləği də o qəbul etmir. İndi özünə yeni klub axtarır. Onu heyətində görmək istəyən klub ilk növbədə bizimlə danışıqlar aparmalı olacaq. Ruslan Leviqa ilə də bağlı oxşar vəziyyət yaranıb. Biz ondan imtina etsək də, kompensasiya məsələsində razılığa gələ bilməmişik.