12 avqust 2011 11:50

AZAL - Xəzər Lənkəran duellərində ilk dəfə

Premyer Liqanın ikinci turunda “Xəzər Lənkəran” Şüvəlana səfər edəcək. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin mövsümün ilk səfər oyunundakı rəqibi geridə qalan mövsümü dördüncü yerdə başa vuran AZAL-dı.
 
Hər iki komanda çempionata qələbə ilə başlayıb. “Xəzər Lənkəran” debütant “Sumqayıt Şəhər”i doğma meydanda 2:1 hesabı ilə üstələmişdisə, AZAL səfərdə “Simurq” üzərində böyük hesablı qələbə qazandı – 3:0. Hər iki komanda mövsüm öncəsi Avropa Liqasında çıxış edib və startdaca mübarizəni dayandırıb.
 
Tarixə nəzər saldıqda bu rəqibə qarşı “Xəzər Lənkəran”ın çempionatda 7 səfər oyunu keçirdiyini görə bilərik. Bu oyunlardan dördü qələbə ilə, biri heç-heçə ilə, ikisi isə məğlubiyyətlə başa çatıb. AZAL-a qarşı keçirilən son səfər qarşılaşması bu ilin mart ayında baş tutub və “Xəzər Lənkəran“ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
 
“Xəzər Lənkəran”ın qeyd olunan rəqib üzərində son səfər qələbəsi isə ötən çempionatın dördüncü turuna təsadüf edir. Komanda həmin görüşdə Elvin Beqirinin cərimə zərbəsindən son dəqiqələrdə vurduğu qol sayəsində minimal hesablı qalibiyyət əldə edib. Komandalar arasında Bakıda keçirilən görüşlərdə ən populyar hesab da elə 1:0-dı. Yeddi oyunun dördündə məhz bu hesab qeydə alınıb – iki dəfə “Xəzər Lənkəran”ın, iki dəfə AZAL-ın xeyrinə.
 
İlk dəfə olaraq bu komandaların qarşılaşması AZALın Şüvəlan qəsəbəsində yerləşən yeni stadionunda keçiriləcək. Buna qədər müxtəlif mövsümlərdə “Olimpik”, “Olimpik-Şüvəlan” və AZAL adlanan rəqibə qarşı səfər oyunlarını XL “Şəfa” stadionunda keçrib. (Xəzər Lənkəranın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.