12 avqust 2011 12:40
Branimir Subaşiç Xəzər Lənkərana keçir
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç yenidən Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, onun ölkəmizə qayıdışına səbəb “Xəzər Lənkəran” rəhbərliyi ilə danışıqlar aparmaqdı.
Belə ki, cənub təmsilçisi serb əsilli “həmyerlimizin” xidmətində maraqlıdı. Bu gün tərəflər görüşərək transferin detallarını müzakirə etməlidilər. Subaşiçin “ağ-yaşıllar”la 1 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Subaşiç son günlərə kimi Səudiyyə Ərəbistanının “Nazran” klubunda baxışda idi. Onun yığmamızın, eləcə də “Bakı” və “Simurq”un sabiq baş məşqçisi Qyoko Haciyevskinin çalışdırdığı bu komandaya keçidi gündəmdə olsa da, görünür razılığa gələ bilməyiblər. Vaxtilə “Neftçi”nin də şərəfini qorumuş Branimir son mövsümü “Qəbələ”də keçirmişdi.
