13 avqust 2011 13:15
XL-dan ayrıldı, Kipr klubuna keçdi
“Xəzər Lənkəran”ın sabiq forvardı Joao Paolo Pinto özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı hücumçu Kipr klubuyla anlaşıb.
O, bundan sonra sözügedən ölkənin “Apollon” komandasının şərəfini qoruyacaq. Kipr mətbuatının yaydığı məlumata görə, sözügedən klub bu oyunçunu mayın axırına kimi icarəyə götürüb.
Qeyd edək ki, Pinto “Xəzər Lənkəran”a elə bu yay gəlmişdi. Amma komandanın Avropa Liqasındakı uğursuz çıxışının ardından dərhal heyətdən uzaqlaşdırılmışdı.
