13 avqust 2011 13:33

Qurban Qurbanov: Qarabağ çempionata yaxşı hazırlaşa bilməyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 2-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- “İnter”lə oyuna necə hazırlaşa bilmisiz?
- Hazırlıqlar normal gedir. Amma demək olmaz ki, hər şey əladı. Rəşad Sadiqovla yanaşı Maksim Medvedevin də zədəsi var. O da 15 günlük sıradan çıxıb. İlqar Qurbanov da “İnter”ə qarşı oynamayacaq. Milliyə çağırılan oyunçularımız da komandayla məşqlərə cümə günündən başlayıblar.
 
- Belə olan halda, heyətlə bağlı problemlərinizin olması mümkündümü?
- Meydana optimal heyətlə çıxmağımız çətin olacaq. Bəzilərinə istirahət vermək lazımdı. Hər halda hər şeyə oyun günü aydınlıq gələcək.

- “İnter”də belə hesab edirlər ki, “Qarabağ” onlar üçün münasib rəqib deyil...
- Bizə də “İnter”ə qarşı oynamaq həmişə çətin olub. Çox güclü komandadı. Formalaşmış heyətə malikdilər. Onların oyun tərzi rəqibə bağlanmaq imkanı vermir. “İnter”in “Turan”la oyununa da baxmışam. Amma istənilən halda, bizim qarşımızda mövsümə qələbə ilə başlamaq vəzifəsi durur. Komandama inanıram.
 
- Avroliqanın yorğunluğunu üzərinizdən ata bilmisiz?
- Bizim əsas problemimiz ondan ibarətdi ki, “Qarabağ” çempionata yaxşı hazırlaşa bilməyib. Bizim hazırlığımız sadəcə avrokuboklar üçün idi. Çempionata hazırlaşmaq üçün isə vaxtımız qalmadı. Amma digər tərəfdən yorğun olsaq da, Avroliqa oyunları futbolçularımızın səviyyəsini daha da artırıb.

- Futbolçularınız oruc tutmağa davam edirlər?
- Bəli. Amma bu, bizə heç bir problem yaratmır. Hər il belə olub.
 
- Avroliqadan sonra futbolçular yeni mövsümdə çempionluğa oynayacaqlarını iddia etməyə başladılar...
- “Qarabağ” həmişə çempionluğa oynayıb. Biz həmişə birinci olmaq istəyirik. Minimum vəzifəmiz avrokuboklara düşməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.