13 avqust 2011 14:00
Neftçi bu gün son məşqinə çıxacaq
Azərbaycan Premyer Liqasının "Rəvan" klubu ilə oyununa hazırlığı davam etdirən "Neftçi" dünən qarşılaşmanın keçiriləcəyi "Dalğa Arena" stadionunda məşq edib. Azerisport.az xəbər verri ki, futbolçular baş məşqçi Böyükağa Hacıyevin tapşırıqlarını həvəslə yerinə yetiriblər.
Flaqman bu gün oyunöncəsi son məşqinə çıxacaq. Yenə də "Dalğa Arena"da baş tutacaq hazırlıq prosesi saat 18:00-da start götürəcək.
Qeyd edək ki, avqustun 14-də keçiriləcək "Rəvan" - "Neftçi" oyunu saat 18:00-da başlanacaq.
