19 avqust 2011 02:48
Türkiyə klublarından Avroliqada fərqli nəticələr (YENİLƏNİB)
Avropa Liqasının pley-off mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasından sonra qitənin ən nüfuzlu ikinci turniri olan Avroliqanın qrup mərhələsinə vəsiqə uğrunda 76 komanda mübarizə aparır.
Təəssüf ki, onların arasında Azərbaycan komandalarından heç biri yoxdu. Çünki bu turnirdəki təmsilçilərimizdən AZAL və “Xəzər Lənkəran” çıxışını elə ilk cəhddə, “Qarabağ” isə üçüncü cəhdində dayandırmalı oldu.
İndi futbolsevərlərimizi daha çox qardaş Türkiyənin Avroliqadakı təmsilçiləri – “Trabzonspor”, “Beşiktaş” və “Bursaspor”un çıxışı maraqlandırır. İlk oyunu səfərdə keçirməli olan trabzonluların bəxtinə çətin rəqib – “Athletic” düşüb. Lakin Şenol Günəşin yetirmələri oyunun əvvəlindən azlıqda qalmasına rəğmən, səfərdən qolsuz heç-heçə ilə qayıtmağı bacarıblar. “Beşiktaş”la “Bursaspor” isə müvafiq olaraq “Alania” və “Anderlecht”i qəbul edib. "Qara qartal" Rusiya klubunu darmadağınla yola salıb. "Bursaspor" isə azarkeşlərini üzüb. Belə ki, Ertoğrul Sağlamın yetirmələri bu görüşdə 1:2 hesablı yenilgiylə üzləşərək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını azaldıb.
“Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran “Maccabi” də yoluna davam edir. Təl-Əviv təmsilçisi qrup mərhələsinə çıxmaq uğrunda “Panathinaikos”la mübarizədən qalib çıxmalıdı. Maraqlıdı ki, Motti İvanirin komandası bu rəqibini də ilk oyunda 3 cavabsız qolla məğlub edib və demək olar ki, növbəti mərhələyə çox yaxındı. “Qarabağ”ın yolunu kəsən “Brugge” isə qonşu Gürcüstan “Zestafoni”sinə eyni aqibəti yaşatmağa çalışır. Lakin belçikalılar bu görüşdə 3:3 hesablı sərfəli nəticəyə imza atıblar və hər şeyə Belçikada aydınlıq gətiriləcək.
Keçirilən bütün oyunların siyahısı ilə aşağıda tanış ola bilərsiz.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
18 avqust
Legia (Polşa) - Spartak (Moskva, Rusiya) - 2:2 (1:0)
Ekranas (Litva) – Hapoel (Təl-Əviv, İsrail) - 1:0 (0:0)
Lokomotiv (Moskva, Rusiya) - Spartak (Trnava, Slovakiya) - 2:0 (2:0)
Vaslui (Rumıniya) - Sparta (Çexiya) - 2:0 (2:0)
Zestafoni (Gürcüstan) – Brugge (Belçika) - 3:3 (0:2)
HJK (Finlandiya) – Schalke (Almaniya) - 2:0 (1:0)
Litex (Bolqarıstan) - Dinamo (Kiyev, Ukrayna) - 1:2 (1:1)
Vorskla (Ukrayna) - Dinamo (Buxarest, Rumıniya) - 2:1 (1:0)
Aalesund (Norveç) – AZ Alkmaar (Hollandiya) - 2:1 (1:1)
Omonia (Kipr) – Salzburg (İsveçrə) - 2:1 (2:1)
Austria (Avstriya) - Gaz Metan (Rumıniya) - 3:1 (2:1)
Maccabi (Təl-Əviv) – Panathinaikos (Yunanıstan) - 3:0 (0:0)
Steaua (Rumıniya) - CSKA (Sofiya, Bolqarıstan) - 2:0 (1:0)
Thun (İsveşrə) – Stoke City (İngiltərə) - 0:1 (0:1)
Beşiktaş (Türkiyə) – Alania (Rusiya) - 3:0 (1:0)
Bursaspor (Türkiyə) – Anderlecht (Belçika) - 1:2 (1:0)
PAOK (Yunanıstan) – Karpaty (Ukrayna) - 2:0 (1:0)
Nordsjælland (Danimarka) – Sporting (Portuqaliya) - 0:0 (0:0)
Slask (Polşa) - Rapid (Rumıniya) - 1:3 (1:2)
Standard (Belçika) – Helsingborg (İsveç) - 1:0 (0:0)
Metallist (Xarkov, Ukrayna) – Sochaux (Fransa) - 0:0 (0:0)
Fulham (İngiltərə) – Dnepr (Ukrayna) - 3:0 (2:0)
Hannover (Almaniya) – Sevilla (İspaniya) - 2:1 (2:1)
Crvena Zvezda (Serbiya) – Rennes (Frans) - 1:2 (1:1)
Shamrock Rovers (İrlandiya) – Partizan (Serbiya) - 1:1 (0:1)
Rosenborg (Norveç) - AEK (Kipr) - 0:0 (0:0)
Slovan (Slovakiya) – Roma (İtaliya) - 1:0 (0:0)
Differdange (Lüksemburq) – PSG (Fransa) - 0:4 (0:1)
Hearts (Şotlandiya) – Tottenham (İngiltərə) - 0:5 (0:3)
Maribor (Sloveniya) – Rangers (Şotlandiya) - 2:1 (0:1)
Nacional (Portuqaliya) – Birmingham (İngiltərə) - 0:0 (0:0)
AEK (Yunanıstan) - Dinamo (Tiflis, Gürcüstan) - 1:0 (0:0)
Athletic (İspaniya) – Trabzonspor (Türkiyə) - 0:0 (0:0)
Lazio (İtaliya) – Rabotnicki (Makedoniya) - 6:0 (2:0)
Celtic (Şotlandiya) – Sion (İsveçrə) - 0:0 (0:0)
Ried (Avstriya) – PSV (Hollandiya) - 0:0 (0:0)
Atletico (İspaniya) - Vitoria (Portuqaliya) - 2:0 (0:0)
Braga (Portuqaliya) - Young Boys (İsveçrə) - 0:0 (0:0)
Qeyd edək ki, pley-off mərhələsinin cavab görüşləri avqustun 25-də keçiriləcək.
