18 avqust 2011 01:36

Neftçinin qənimi Malmönü də darmadağın etdi (YENILƏNİB)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparır.
 
Təəssüf ki, onların arasında Azərbaycan komandası yoxdu. Çünki bu turnirdəki təmsilçimiz “Neftçi” çıxışını elə ilk cəhddə dayandırmalı oldu. Elə Türkiyənin “Trabzonspor” klubu da mübarizəni erkən dayandırdığından bu mərhələdə qardaş ölkə klublarından da hansınasa azarkeşlik edə bilmirik.
 
Lakin “Neftçi”ni mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”su uğurlu çıxışını davam etdirir. Xorvatiya çempionu ÇL-in qrup mərhələsinə düşmək üçün İsveç “Malmö”sünü yolundan kənarlaşdırmalıdı.
 
Pley-off mərhələsinin ilk oyun günündə 5 görüş baş tutub. "Copenhagen" elə ilk oyundaca evdə "Viktoria"ya məğlub olmaqla növbəti mərhələ ümidlərinin üstündən xətt çəkməli olub. BATE və "Twente" isə müvafiq olaraq evdə "Sturm" və "Benfica" üzərində qələbə qazana bilməyib. "Arsenal" və Lion "Olympique"i isə "Udinese" və "Rubin"i məğlub yola salmağı bacarıb.
 
Son oyun günündə də elə eyni sayda görüş baş tutub. "Neftçi"nin qənimi "Dinamo" "Malmö"nü elə ilk oyunda darmadağın etməklə qrup mərhələsinə vəsiqəni demək olar ki, rəsmiləşdirib. Elə "Bayern" də "Zurich"in işini bitirmişə bənzəyir. "Wisla" və "Odense" müvafiq olaraq APOEL və "Villareal" üzərində minimal hesablı ev qələbəsinə sevinsə də, hər iki komanda bu üstünlüyün cavab matçında da qorumalıdı. "Maccabi" - "Genk" cütündə də hər şeyə Belçikada aydınlıq gələcək. 
 
Keçirilən bütün oyunların nəticələri ilə aşağıda tanış ola bilərsiz.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
16 avqust
 
Copenhagen (Danimarka) – Viktoria (Çexiya) - 1:3 (0:0)
Qollar: Ottesen, 69 - Kolar, 52, Pilar, 59, Fillo, 79.
 
BATE (Belarus) – Sturm (Avstriya) - 1:1 (0:1)
Qollar: Simiç, 59 - Veber, 12 - .
 
Twente (Hollandiya) - Benfica (Portuqaliya) - 2:2 (1:2)
Qollar: De Yonq, 7, Ruis, 80 - Kardozo, 22, Nolito, 36.
 
Arsenal (İngiltərə) – Udinese (İtaliya) - 1:0 (1:0)
Qol: Uolkot, 3.
 
Olympique (Lion) – Rubin (Rusiya) - 3:1 (2:1)
Qollar: Qomis, 10; 39, Briand, 71 - Dyadyun, 2.
 
17 avqust
 
Wisla (Polşa) – APOEL (Kipr) - 1:0 (0:0)
Qol: Maleçki, 71.
 
Maccabi (Hayfa, İsrail) – Genk (Belçika) - 2:1 (1:1)
Qollar: Amaşa, 8, Dvalişvili, 28 - Barda, 61.
 
Dinamo (Xorvatiya) – Malmö (İsveç) - 4:1 (1:1)
Qollar: Sammir, 4; 61-pen, Rukavina, 56, Beçiray, 84 - Mehmeti, 17.
 
Odense (Danimarka) - Villarreal (İspaniya) - 1:0 (0:0)
Qol: Andreasen, 84.
 
Bayern (Almaniya) – Zürich (İsveçrə) - 2:0 (1:0)
Qollar: Şvaynştayger, 8, Robben, 72.
 
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin cavab oyunları avqustun 23-24-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.