14 avqust 2011 19:58

Cavadov oynadı, Volqa 1 xal qazandı (YENİLƏNİB)

Bu gün Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” doğma divarlar arasında “Lokomotiv”lə qarşılaşıb.
 
Qeyd edək ki, həmyerlimizin komandasının durumu heç də yaxşı deyil. Çünki 16 komanda arasında 13-cü pillədə qərarlaşan Nijni Novqorod klubu təhlükəli zonadan uzaqlaşmağa çalışır. Lakin Dmitri Çerışevin rəhbərlik etdiyi kollektiv məğlubiyyətləri sıralamaqda davam edir. Təəssüf ki, ötən həftə Vaqifin debüt etdiyi “Rostov”la 6 xallıq oyunda da “Volqa” məğlubiyyətlə üzləşmişdi.
 
Cavadov bu dəfə də əsas heyətdə yer almayıb. Lakin onun ən azı ikinci hissədə “Lokomotiv”ə qarşı oynaması mümkün idi. Çünki Çerışev onu ilk "18-liy"ə daxil etmişdi. Gözlənildiyi kimi, 54-cü dəqiqədə Vaqif müdafiəçi Andrey Yeşenkonun əvəzində meydana çıxdı. Lakin həmyerlimiz oyunda olduğu dəqiqələrdə komandasına qələbə qazandıra bilməyib.

Rusiya Premyer Liqası
20-ci tur
14 avqust
 
Volqa - Lokomotiv - 0:0 (0:0)
 
65-ci dəqiqədə Vaqif sol cinahla əla keçid etdikdən sonra təhlükəli asma etsə də, rəqib müdafiəçi təhlükəni sovuşdurur
79-cu dəqiqədə Cavadov yenidən cinahıyla sürətlə irəliləyib cərimə meydançasına daxil olsa da, nə ötürmə edə, nə də zərbə vura bilir

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.