14 avqust 2011 22:18

Sadıqovu Rusiyada məyus etdilər (YENİLƏNİB)

Bu gün Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisiVaqif Sadıqovun çalışdığı “Anji” səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb.

Qeyd edək ki, həmyerlimizin komandasının işləri bu mövsüm heç də pis getmirdi. Hər halda 33 xala malik Mahaçqala klubu bu oyuna kimi 5-ci pillədə qərarlaşmışdı və liderlərlə mübarizə aparırdı. Moskva təmsilçisi isə onlardan cəmi 2 xal geri qalırdı. Bu üzdən də sözügedən görüşü 6 xallıq oyun da adlandırmaq olardı.
 
Lakin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləcə, Mahaçqala klubunun uğurlu seriyası qırılıb.
 
Maraq üçün onu da vurğulayaq ki, Sadıqovun komandası əslən azərbaycanlı olan futbolçunun çıxış etdiyi kluba qarşı mübarizə aparırdı. “Spartak”ın heyətində yarımmüdafiəçi Emin Mahmudov çıxış edir. Lakin o, bu qarşılaşmada forma geyməyib.

Rusiya Premyer Liqası
20-ci tur
14 avqust
 
Spartak (Moskva) – Anji - 3:0 (2:0)
Qollar: Ari, 35, Kombarov, 44, Kozlov, 73

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.